Bank Of Baku

Ağ Ev: «Suriyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər»

Ağ Ev: «Suriyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər»
# 22 dekabr 2011 02:56 (UTC +04:00)
Bakı-APA. ABŞ hakimiyyəti Dəməşqi xəbərdar edib ki, Suriya Ərəb Dövlətləri Liqasının planının yerinə yetirməyəcəyi təqdirdə ona qarşı yeni sanksiyalar tətbiq olunacaq. Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

«Dünya birliyi Suriyadakı repressiyaları dayandırmaq üçün Bəşər Əsəd rejiminə qarşı təzyiq xarakterli əlavə addımlar atacaq», deyə bəyanatda bildirilir.

Bəyanatda hərbçilərin mülki şəxsləri qətlə yetirməsindən narahatlıq ifadə olunur. «ABŞ hökumət qoşunlarının kütləvi surətdə mülki şəxsləri və fərariləri qətlə yetirməsindən, onların evlərini və dükanlarını dağıtmasından, sorğu-sualsız həbs etməsindən narahatdır. Əsəd rejimi bir daha nümayiş etdirir ki, Suriyanı idarə etməyə layiq deyil», deyə bəyanatda vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR