Bank Of Baku

BMT-nin büdcəsi ixtisar edilib

BMT-nin büdcəsi ixtisar edilib
# 26 dekabr 2011 08:16 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Birləşmiş Millətlər Təşkilatı son 50 ildə ilk dəfə olaraq öz büdcəsini ixtisar edib. APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, təşkilatda təmsil olunan 193 dövlət qurumun 2012-2013-cü illər üçün büdcəsini 5,15 milyard dollar miqdarında təsdiqləyib.

2010-2011-ci illər ərzində BMT-nin büdcəsi 5,41 milyard dollar təşkil edib. BMT-nin baş katibi Ban Ki Mun “daha az vəsaitlə daha çox işin görülə biləcəyinə” ümid etdiyini söyləyib. BMT rəhbəri büdcənin ixtisarını maliyyə qənaətinə zərurətlə izah edib. Büdcənin ixtisarı təşəbbüsü ABŞ-a aid olub.

Qeyd edək ki, BMT büdcəsi iki ildən bir üzv dövlətlərin üzvlük haqqı hesabına formalaşır. BMT-nin əsas donorları ABŞ və Avropa dövlətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR