Bank Of Baku

Çaves: «Kimsə məqsədyönlü olaraq xərçəng xəstəliyinə yoluxdurmağın yolunu tapıb»

Çaves: «Kimsə məqsədyönlü olaraq xərçəng xəstəliyinə yoluxdurmağın yolunu tapıb»
# 29 dekabr 2011 00:56 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves son zamanlar Latın Amerikası liderlərinin çoxunda onkoloji xəstəliklər aşkar olunmasını «çox qəribə» hesab etdiyini bildirib.

Çaves Argentina prezidenti Kristina Fernandes de Kirşnerdə onkoloji xəstəliyin tapılmasının «çox qəribə» olduğunu qeyd edib.

«Kimsə məqsədyönlü olaraq xərçəng xəstəliyinə yoluxdurmağın yolunu tapıb. Bu barədə həqiqət 40-50 ildən sonra üzə çıxacaq. Ötən əsrin 40-cı illərində amerikalı alimlərin Qvatemalada keçirdikləri bioloji eksperimentlər nəticəsində bu ölkənin yüzlərlə sakini sifilisə yoluxub», deyə Çaves bildirib.

Xatırladaq ki, Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lulu da Silva, bu ölkənin hazırkı prezidenti Dilma Rousseff, Paraqvay dövlət başçısı Fernando Luqo xərçəng xəstəliyinə yoluxublar. Dilma Rousseff və Fernando Luqo sağalsalar da, Luis İnasiu Lulu da Silva hələ kimyəvi terapiya kursu keçir. Çavesin özündə bu yay əməliyyatla xərçəng şişi götürülüb. Dörd kurs kimyəvi terapiya keçdikdən sonra isə Çaves xəstəliyə qalib gəldiyini bildirib.

«Mən heç kimi günahlandırmıram. Sadəcə çətin izah olunan hadisələr barədə fikirləşmək hüququmdan istifadə edirəm», deyə Venesuela prezidenti əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR