Bank Of Baku

ABŞ İranın xəbərdarlığına məhəl qoymur

ABŞ İranın xəbərdarlığına məhəl qoymur
# 04 yanvar 2012 01:21 (UTC +04:00)
Bakı-APA. ABŞ silahlı qüvvələri komandanlığı bildirib ki, Amerika hərbi gəmiləri İran Körfəzində qalmaqda davam edəcək.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Corc Littl, onillərlə olduğu kimi ABŞ hərbi gəmilərinin İran Körfəzinə mütəmadi gəlməkdə davam edəcəyini bildirib.

Donanma sözçüsü bildirib ki, ABŞ qlobal kommersiya yollarının açıq qalmasını təmin etmək üzrə öhdəlik götürüb.

Hörmüz boğazı yaxınlığında hərbi təlimlərini başa vurandan bir gün sonra İran bəyan edib ki, ABŞ Hərb Dəniz Donanmasının təyyarədaşıyıcı gəmisi İran Körfəzinə qayıda bilməz. İranın ordu komandanı Ataulla Salehi İranın bu barədə xəbərdarlığını bir daha təkrar etməyəcəyini desə də, ABŞ hərbi gəmisinin adını çəkməyib.

Birləşmiş Ştatların Bəhreyndə yerləşən 5-ci Donanması sözçüsünün bildridyinə görə, USS Con C. Stens gəmisi Hörmüz boğazından əvvəlcədən planlaşdırılmış cədvələ uyğun çıxıb.

İran nüvə proqramına qarşı sanksiyalar həyata keçirildiyi təqdirdə neft məhsullarının daşındığı strateji Hörmüz boğazını bağlamaqla hədələyib. ABŞ İranın bəyanatlarını rədd edərək körfəzdə ticarət işlərini danaydırmayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR