Bank Of Baku

ABŞ müdafiə naziri: “İran nüvə silahı istehsal etmək üçün planlar cızır”

ABŞ müdafiə naziri: “İran nüvə silahı istehsal etmək üçün planlar cızır”
# 09 yanvar 2012 07:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Leon Panetta CBS kanalına açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ İranın mübahisəli nüvə proqramının diplomatik yolla həll olunmasını istəyir və bunun üçün də səylərini davam etdirəcək.

Pentaqon rəhbəri İsrailin təkbaşına İrana hücum etməsinə də qarşı olduğunu bildirib: “İsrailin İrana hücumundan ABŞ tərəfi də ziyan görə bilər. Əslində, bizim İsraillə mövqeyimiz yaxındır. Ona görə də İsraili bu məsələdə ABŞ-la əməkdaşlıq etməyə çağırırıq”.

L. Panetta əlavə edib ki, ABŞ hələlik sanksiyalar tətbiq etməklə İranın mübahisəli nüvə proqramını dayandırmağa çalışır: “Əgər İran nüvə silahı istehsal etməyə başlasa, onda ABŞ-ın kəskin reaksiyası ilə qarşılaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR