Bank Of Baku

ABŞ Venesuelanın Mayamidəki baş konsulunu qovur

ABŞ Venesuelanın Mayamidəki baş konsulunu qovur
# 09 yanvar 2012 16:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ Venesuelanın Mayami şəhərindəki baş konsulundan ölkəsinə dönməyi tələb edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Vaşinqton bu addımı İran prezidenti Mahmud Əhmədinejadın Karakasa səfərinə etiraz olaraq atıb. Konsuldan yanvarın 10-dək ABŞ ərazisini tərk etmək istənilib.

Bundan əvvəl də ABŞ hökuməti dəfələrlə Venesuela rəsmilərindən İranla münasibətlərini kəsməyi tələb edib, ancaq bu istək Karakas tərəfindən rədd edilib.

Qeyd edək ki, yanvarın 8-də İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikası ölkələrinə beş günlük səfərə yola düşüb. İran prezidenti Venesuela, Nikaraqua, Kuba və Ekvador ölkələrində səfərdə olacaq. M.Əhmədinejadın Latın Amerikası ölkələrinə səfəri İranın bölgə dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR