Bank Of Baku

ABŞ daha 6 iranlı dənizçini xilas etdiyini açıqlayıb

ABŞ daha 6 iranlı dənizçini xilas etdiyini açıqlayıb
# 11 yanvar 2012 01:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Hərbi-Dəniz Qüvvələrinin daha 6 iranlı dənizçini xilas etdiyi açıqlanıb. APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Corc Litl bildirib. Onun sözlərinə görə, İran gəmisinin mühərriki xarab olub və Bəsrə körfəzində kömək gözləyirmiş. Onlardan biri yanıq yarası da alıb. Ancaq Pentaqon rəsmisi xilas edilən iranlı dənizçilərin necə geri qaytarılacağını hələ bilmədiklərini deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “U. S. Navy” hərbi gəmisi Oman dənizində Somali dəniz quldurlarının əlinə keçmiş 13 iranlı dənizçini də azad etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR