Bank Of Baku

ABŞ İran aliminin ölümü ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib

ABŞ İran aliminin ölümü ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib
# 11 yanvar 2012 19:45 (UTC +04:00)
Bakı-APA. ABŞ İran aliminin ölümündə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Tommi Vietol Vaşinqtonun İran nüvə fizikinin ölümündə hər hansı əlaqəsinin olmadığını bildirib.
O deyib, “ABŞ-ın bu hadisəyə heç bir aidiyyəti yoxdur. Biz zorakılığın hallarını qətiyyətlə pisləyirik”.

Xatırladaq ki, İranın paytaxtı Tehranda nüvə fiziki 32-yaşlı Mustafa Əhmədi Rövşən terror aktı nəticəsində qətlə yetirilib.
İran onun ölümündə ABŞ və İsrailin təqsirli bilir. Lakin bu ölkələr ittihamları rədd edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR