Bank Of Baku

Hillari Klinton: ABŞ Ukraynada siyasi məhbusların azadlığa buraxılması çağırışlarını davam etdirəcək

Hillari Klinton: ABŞ Ukraynada siyasi məhbusların azadlığa buraxılması çağırışlarını davam etdirəcək
# 12 yanvar 2012 01:35 (UTC +04:00)
Bakı-APA. ABŞ Ukraynada məhkəmə proseslərinin qanuna uyğun şəkildə keçirilməsi təzyiqlərini, sabiq baş nazir Yuliya Timoşenko və digər siyasi məhbusların azadlığa buraxılması çağırışlarını davam etdirəcək.
APA-nın voanews.com agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Hillari Klintonunun Timoşenkoya ünvanladığı məktubda deyib. Məktub hazırda yeddi illik həbs cəzasını çəkən Yuliya Timoşenkonun saytında acıqlanıb. Hillari Klinton Timoşenkoya yazıb ki, Amerika onun işi ilə yaxından maraqlanır.
ABŞ Dövlət Departamenti məktubun yazıldığını təsdiq etsə də, məktubun məzmunu barədə məlumat verməyib.
Ukrayna prokurorluğu Yuliya Timoşenkoya qarşı ona yaxın əlavə cinayət işi qaldırılacağını bəyan edib.
Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılığı əldə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Ona qarşı bir sıra digər ittihamlar da irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR