Bank Of Baku

Pentaqon: ABŞ-ın Ərəb körfəzinə təyyarə gəmilərini göndərməsi İranın Hörmüz boğazını bağlaması təhdidi ilə əlaqəli deyil

Pentaqon: ABŞ-ın Ərəb körfəzinə təyyarə gəmilərini göndərməsi İranın Hörmüz boğazını bağlaması təhdidi ilə əlaqəli deyil
# 12 yanvar 2012 04:25 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Corc Little çıxış edib. Onun sözlərinə görə gəmilərin əraziyə göndərilməsinin Iranda baş verən hadisələrlə heç bir bağlılığı yoxdur. Bu gəmilərin adı çəkilən regionda sayı mərkəzi komandanlıq tərəfindən vaxtaşırı dəyişdirilir. İki gəminin orada olması İrana qarşı hərbi əməliyyatın aparılmasına hazırlıq mənası daşımamalıdır.
Xatırladaq ki, “Karl Uilson” təyyarə gəmisi bazar ertəsi günü Ərəb körfəzində eyni təyinatlı “Corc Stens” hərbi gəmisini əvəz edib. “Corc Stens” təyyarə gəmisi Ərəb körfəzini ötən ilin dekabrında tərk edib.
Yanvarın 10-da ABŞ-ın təyyarə gəmisi “Abraam Linkoln” da Ərəb körfəzinə istiqamət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR