Bank Of Baku

Çaves: «Mahmud Əhmədinecat dini fanatik deyil»

Çaves: «Mahmud Əhmədinecat dini fanatik deyil»
# 14 yanvar 2012 03:49 (UTC +04:00)
Bakı-APA. «İran prezidenti Mahmud Əhmədinecat dini fanatik deyil. O yaxşı adamdır». Bu sözləri parlament qarşısında çıxış edən Venesuela prezidenti Uqo Çaves, işlədib.

Prezident çıxışı zamanı müxalifətin Mahmud Əhmədinecatın ölkəyə səfərinə dair tənqidinə cavab verməli olub: «Siz Əhmədinecatı tanımırsınız, o yaxşı adamdır».

«Biz onunla hələ o Tehranın meri olanda tanış olmuşuq. O dini fanatik deyil. Əhmədinecatın gəlişindən narazı olanlar yəqin ki, Barak Obamanın gəlişinə sevinərdilər. Lakin Obama Allah bilir nə qədər müharibəyə görə məsuliyyət daşıyır və indi hamımızı nüvə müharibəsi ilə hədələyir. Amerika imperiyası – dünyaya qarşı əsl təhlükə budur», deyə Çaves bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR