Bank Of Baku

Kanada ordusunda casusluq qalmaqalı baş verib

Kanada ordusunda casusluq qalmaqalı baş verib
# 18 yanvar 2012 04:15 (UTC +04:00)
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, həbsxanada saxlanılan Cefri Paul Delisl pul müqabilində Kanadanın hərbi sirlərini bəzi terrorçu qruplara verməkdə də şübhəli bilinir.
Bununla bağlı Kanadanın müdafiə naziri Peter Makkey jurnalistlərə bildirib ki, “Kanadanın nüfuzuna zərər verə biləcək vəziyyət yoxdur. Müttəfiqlərimizin bizə, bizim də müttəfiqlərimizə etibarımız sarsılmaz olaraq qalıb. Cefri Paul Delisl Kanadanın milli maraqlarına zərər verə biləcək məlumatları xarici qüvvələrə ötürmək ittihamı ilə həbs olunub. Hadisə Kanadanın milli təhlükəsizlik çərçivəsindən kənara çıxmayıb”.
Paul Delislın vəkili Kameron Makken deyib ki, onun müdafiə etdiyi şəxs yanvarın 25-də məhkəmə qarşısına çıxacaq. Onun sözlərinə görə, Paul Delislın Kanada hərbi dəniz qüvvələrinin kəşfiyyatının “ən həssas sektorunda işləyib”.
Hadisə ilə əlaqədar SBS televiziya kanalında çıxış edən Kanadanın xüsusi xidməti CSIS-in sabiq əməkdaşı Juneau-Katsuya bildirib ki, Paul Delislın işlədiyi Halifaks şəhərindəki kəşfiyyat mərkəzində Kanadaya və digər NATO-nun üzv ölkələrinə aid olan xüsusi əhəmiyyət kəsb edən məxfi məlumatlar saxlanılır.
Onun sözlərinə görə, Halifaksdakı kəşfiyyat mərkəzində “NATO ölkələrinin silah sistemlərinə daxil olmaq, bu ölkələrin silahlı qüvvələrinin bütün kodlarını eldə etmək mümkündür”.
Juneau-Katsuya bildirib ki, böyük ehtimalla bu işin arxasında Rusiya durur. Çünki SSSR dövrü və sonrakı illərdə Rusiya kəşfiyyatı hər zaman NATO-ya aid gizli məlumatları əldə etməyə çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR