Bank Of Baku

Kanadanın baş naziri: «İran siyasi məqsədinə çatmaq üçün nüvə silahından istifadədə tərəddüd etməyəcək»

Kanadanın baş naziri: «İran siyasi məqsədinə çatmaq üçün nüvə silahından istifadədə tərəddüd etməyəcək»
# 21 yanvar 2012 03:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran rəhbərliyi nüvə proqramı ilə bağlı yalan danışır və dünyanı aldadır”. APA-nın məlumatına görə, bunu Kanadanın baş naziri Stiven Cozef Harper bildirib. Onun sözlərinə görə, İrandakı mövcud quruluşun fanatik dinçi bir dünyagörüşü var: “Bu düşüncəyə malik quruluş siyasi məqsədinə çatmaq üçün nüvə silahından istifadədə tərəddüd etməyəcək. İranı da təhlükəli edən elə bu rejimdir’’. S.Harper deyib ki, dünya ölkələri arasında da İrandakı mövcud rejimin təhlükəli olduğuna dair fikir birliyi var: “Ancaq bu məsələdə necə addım atılacağı ilə bağlı razılaşma əldə olunmayıb. ABŞ prezidenti Barak Obama ilə də bu mövzudakı bütün variantları müzakirə etmişik. Bizim kimi düşünən ölkələrin sayı artır. İrana qarşı tam olaraq hansı addım atılması məsələsində hələlik qeyri-müəyyənlik var. Yəni “Hansı addım atılacaq” cavabı çətin bir sual olaraq dayanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR