Bank Of Baku

Dövlət departamenti Dəməşqdəki səfirliyi bağlayacağını təsdiq edib

Dövlət departamenti Dəməşqdəki səfirliyi bağlayacağını təsdiq edib
# 21 yanvar 2012 03:23 (UTC +04:00)
Bakı-APA. ABŞ Suriyadakı vəziyyətə görə bu ölkədəki səfirliyini bağlaya biləcəyini təsdiq edib. Bu barədə dövlət departamentinin bəyanatında deyilir.

«Hələlik heç bir qərar qəbul olunmayıb. Biz xüsusən avtomobillərin partladılmasından sonra Dəməşqdə vəziyyətin pisləşəcəyindən və səfirliyin əməkdaşlarının təhlükəsizliyindən ciddi narahatıq. Biz Suriya hökumətindən səfirliyimizin müdafiəsi üçün əlavə tədbirlər görməyi xahiş etmişik və hökumət bu məsələyə baxır. Biz həmçinin Suriya hökumətinə bildirmişik ki, əgər yaxın günlərdə konkret addımlar atılmasa, bizim səfirliyi bağlamaqdan başqa yolumuz qalmayacaq», deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Washington Post qəzeti bu günkü nömrəsində ABŞ-ın Dəməşqdəki səfirliyi yanvarın sonunadək bağlayacağını yazmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR