Bank Of Baku

Klinton: «ABŞ İranla silahlı münaqişəyə can atmır»

Klinton: «ABŞ İranla silahlı münaqişəyə can atmır»
# 21 yanvar 2012 04:54 (UTC +04:00)
Bakı-APA. ABŞ İranla silahlı münaqişəyə can atmır. ABŞ dövlət katibi Hillari Klinton belə bir bəyanatla çıxış edib.

«Mən vurğulamaq istəyirəm: biz münaqişəyə can atmırıq», deyə Amerika diplomatiyasının şefi bildirib.

Klintonun sözlərinə görə, ABŞ və Avropa Birliyi «ikili yanaşma»nın tərəfdarıdırlar. Bu yanaşma bir tərəfdən İranın nüvə silahı hazırlamaqdan vaz keçməsi üçün ona təzyiqlərin artırılmasını, digər tərəfdən eyni problemi həll etmək üçün bu ölkə ilə danışıqların davam etdirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR