Bank Of Baku

Obama: «ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək»

Obama: «ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək»
# 24 yanvar 2012 01:40 (UTC +04:00)
Bakı-APA. ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ prezidenti Barak Obamanın bəyanatında bildirilir. «Əgər İran öz istiqamətini dəyişməsə və götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsə, ona qarşı təzyiqləri davam etdirəcəyik», deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, 2011-ci il dekabrın 31-dən ABŞ-ın İranın Milli Bankına qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib. Bundan əlavə dünən ABŞ maliyyə nazirliyi İranın «Tejarat» bankına və onun Belarusdakı filialı «Trade capital»a qarşı sanksiyalar tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR