Bank Of Baku

ABŞ Əfqanıstandan 23 min hərbçisini çıxaracaq

ABŞ Əfqanıstandan 23 min hərbçisini çıxaracaq
# 25 yanvar 2012 04:35 (UTC +04:00)
Bakı-APA. ABŞ Prezidenti Barak Obama bəyan edib ki, 2012-ci ilin yayına qədər Əfqanıstandan 23 min hərbçisini çıxaracaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Obama bildirib ki, Əfqanıstanda hakimiyyət tədricən əfqanlara təhvil veriləcək.

Obama deyib: “Biz Kabulla elə münasibət quracağıq ki, Əfqanıstan heç vaxt ABŞ-a qarşı hücum bazası olmasın”.

Xatırladaq ki, ABŞ rəhbərliyi Əfqanıstandan 2014-cü ilədək hərbçilərini tamamilə çıxarmaq niyyətindədir.

Hazırda Əfqanıstanda 90 min ABŞ hərbçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR