Bank Of Baku

BMT baş katibi Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü münasibəti ilə müraciət edib

BMT baş katibi Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü münasibəti ilə müraciət edib
# 26 yanvar 2012 09:24 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü münasibəti ilə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilib ki, faşistlər və onların müttəfiqləri tərəfindən edilmiş təqiblərin qurbanı olan 1.5 milyon yəhudi uşaq Holokost nəticəsində həlak olublar. Holokostda on minlərlə digər uşaq da qətlə yetirilib. Bu siyahıya əlilliyi olan uşaqlarla yanaşı, Roma və Sinti xalqlarının nümayəndələri daxildir.

Onlar qəzəb dolu bir ideologiyanın qurbanı idilər. Bu ideologiya onları “aşağı səviyyəli” insanlar kateqoriyasına daxil ediblər.

Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Gününün bu ilki mövzusu uşaqlara – bu dəhşət və zülmlərlə üzləşmiş qız və oğlan uşaqlarına həsr edilir.

Müraciətdə o da qeyd olunub ki, BMT Holokostun bəşəri dərslərini bütün xalqlara çatdırmaqda davam edir: “Məhz buna görə də biz hər gün və hər yerdə uşaq hüquqlarını təbliğ edir və onların ümidlərini reallaşdırmaq üçün çalışırıq. Bu gün Holokost zamanı həyatlarını itirmiş gəncləri və yaşlıları xatırlayaraq, mən bütün xalqları irqindən, rəngindən, cinsindən və ya dini etiqadından asılı olmayaraq köməyə ehtiyacı olan hər kəsi qorumağa çağırıram. Bəşəriyyətin ən gərgin məqamlarında ən çox köməyə ehtiyacı olan məhz uşaqlardır. Biz uşaqları dünyanın ən yaxşı nemətləri ilə təmin etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR