Boliviyanın sabiq prezidenti Evo Morales Meksikanı tərk edərək Argentinaya gedib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Argentinanın Xarici İşlər naziri Felipe Sola bildirib ki, E. Moralesə siyasi sığınacaq verilib.
“Artıq Evo Morales paytaxt Buenos – Ayresə gəlib. O, burada olmaqdan çox məmnundur. Moralesin dediyinə görə, o, Argentinada özünü Meksikada olduğundan daha yaxşı hiss edir”, - deyə Argentina XİN başçısı qeyd edib.
Xatırladaq ki, oktyabrın 20-dən başlayan etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti E. Morales istefa verdiyini açıqlayıb. Bundan sonra E. Morales Boliviyanı tərk edərək Meksikaya gedib.
Ramal Məmmədli