Venesuelanın şimalındakı Araqua ştatının Viktoriya şəhərində paytaxt Karakasa doğru hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, avtoqəza nəticəsində bir nəfər ölüb, azı 27 nəfər də xəsarət alıb.
Hadisə yerində polis əməkdaşları araşdırmalar aparır.
İlkin ehtimala görə, yol qəzasına nəqliyyat vasitəsinin idarə edilməsinin itirilməsi səbəb olub.