Bank Of Baku

ABŞ 2012-ci ildən indiyədək ən yüksək büdcə defisiti ilə üzləşib

ABŞ 2012-ci ildən indiyədək ən yüksək büdcə defisiti ilə üzləşib
# 26 oktyabr 2019 15:00 (UTC +04:00)

ABŞ 2019-cu ilin maliyyə ilini (sentyabrın axırı yekunlaşıb) 28% federal büdcə kəsiri ilə bitirir.
 
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
 
Onun sözlərinə görə, 2019-cu maliyyə ilində büdcə kəsiri 984 milyard dollar təşkil edib ki, bu da əvvəlki maliyyə ilindən 205 milyard dollar çoxdur. Mnuçin qeyd edib ki, bu, 2012-ci ildən bəri ən böyük büdcə defisiti göstəricisi olub.
 
Qeyd edək ki, ABŞ-ın büdcə kəsirinin ən yüksək həddi 2009-cu ildə qeydə alınıb. Həmin il büdcə defisiti 1.4 trilyon dollara çatmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR