ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində atışma baş verib.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, hadisə şəhərdə yerləşən fərdi evlərdən birində futbola baxarkən qeydə alınıb.
Ev sahibi və onun dostları atəşə tutulub, nəticədə 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Hadisəni törədənin şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində iş aparılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.