ABŞ-ın Miçiqan ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarətlər alıb.
APA xəbər verir ki, bu barədə yerli “Lansing State Journal” qəzeti Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
Göyərtəsində iki pilotun və 4 sərnişinin olduğu “TBM 700” tipli təyyarə Lansinq şəhərində Miçiqanın administrasiya mərkəzinin yaxınlığında yerə çırpılıb. Təyyarə İndianapolisdən Lansinq beynəlxalq aeroportuna doğru hərəkət edirmiş.