Bank Of Baku

ABŞ Dövlət Departamenti Qaşıqçı işinə görə Ər-Riyada xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti Qaşıqçı işinə görə Ər-Riyada xəbərdarlıq edib
# 20 iyun 2019 07:56 (UTC +04:00)

ABŞ jurnalist Camal Qaşıqçının öldürülməsi işi ilə bağlı Səudiyyə Ərəbistanına qarşı yeni tədbirlər görülməsi məsələsini gözdən keçirir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb.

“Səudiyyə hökuməti bütün faktlara aydınlıq gətirməli və qətlin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir”, - məlumatda belə deyilir.

O da qeyd olunur ki, Dövlət Departamenti BMT-nin qətllə bağlı hesabatını da incələyir. Departamentdən bildirilib ki, Qaşıqçı işi ilə bağlı yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR