Bank Of Baku

ABŞ-ın Nyu-Meksiko ştatında partlayış olub, yaralılar var - YENİLƏNİB

ABŞ-ın Nyu-Meksiko ştatında partlayış olub, yaralılar var - YENİLƏNİB
# 06 iyun 2019 02:55 (UTC +04:00)

ABŞ-ın Nyu-Meksiko ştatında hava limanında baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət alıb.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştat polisinin yaydığı sənəddə deyilir.

Bildirilir ki, partlayış ABŞ-ın müstəqillik günü ilə əlaqədar nəzərdə tutulmuş atəşfəşanlıq üzrə yanğınsöndürənlərin hazırlıq işləri zamanı baş verib. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Digər 10 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Partlayışın səbəbləri bilinmir, araşdırma aparılır.

***

Saat 00:29

ABŞ-ın Nyu-Meksiko ştatının Rozuell şəhər beynəlxalq aeroportunda partlayış olub.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb. Ştat polisi öz "Twitter" səhifəsində qeyd edib ki, hüquq-mühafizə orqanları artıq hadisə yerindədir.

Ehtimal olunur ki, partlayış fişənglərdən istifadə zamanı yanğınsöndürənlərin apardığı hazırlıq işlərində meydana gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR