Bank Of Baku

ABŞ Meksika ilə immiqrasiya məsələsinə dair razılığa gəlib

ABŞ Meksika ilə immiqrasiya məsələsinə dair razılığa gəlib
# 08 iyun 2019 08:56 (UTC +04:00)

ABŞ Meksika ilə immiqrasiya məsələlərinə dair razılığa gəlib, eləcə də bazar ertəsi gününə planlaşdırılan gömrük rüsumunun tətbiqi dayandırılıb.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir məlumatı prezident Donald Tramp şəxsi "Twitter" səhifəsində paylaşıb.

“Sizə məmnunluqla xəbər verim ki, Birləşmiş Ştatlar Meksika ilə razılaşdırılmış bir müqavilə imzalayıb. Amerikanın bazar ertəsi gününə planlaşdırdığı rüsum hazırda qeyri-müəyyən vaxta qədər dayandırılıb”, - prezident belə yazıb.

Öz növbəsində Meksika da immiqrasiya siyasətinin sərtləşdirilməsinə dair vəd verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR