Boliviya Senatının ikinci vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.
APA xəbər verir ki, Anyes bunu “Pagina 7”-yə açıqlamasında deyib.
Bundan əvvəl prezident Evo Morales, vitse-prezident Alvaro Qarsia Linyera, Senatın rəhbəri Adriana Salvierra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar Palatasının rəhbəri Viktor Borda istefa verib.