ABŞ Dövlət Departamenti ölkə hərbçilərinin Arktika şəraitinə uyğun təchizatı ilə bağlı problemlərin olduğunu etiraf edib.
APA xəbər verir ki, ABŞ-ın Arktika məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə namizəd Culiya Neşuat Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun regionda hələ də lazımi imkanlara malik olmadığını bildirib.
“Düşünürəm ki, ABŞ və müttəfiqlərimiz üçün ən böyük çağırış Arktikada lazımi imkanlara – buzqıran gəmilərə, texnologiyalara, innovasiyalara və dəstəyə malik olmaqdır. Hətta soyuq iqlim üçün təchizat məsələsində də problemlər var”, – diplomat bildirib.
Neşuat qeyd edib ki, iştirak etdiyi bəzi hərbi təlimlər zamanı ABŞ hərbçilərinin soyuq hava şəraitinə görə Norveç istehsalı olan forma və çəkmələrdən istifadə etmək məcburiyyətində qaldığını görüb.