Haitinin cənub-qərbindəki Le-Ke şəhərindəki bir yaşayış binasında qaz balonunun partlaması nəticəsində azı 22 nəfər ciddi yanıq xəsarətləri alıb.
APA xəbər verir ki, bu barədə “HaitiLibre” portalı məlumat yayıb.
Məlumata görə, yaralıların arasında 8 uşaq da var. Hadisə yerinə xilasedicilər cəlb olunub, bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Polis hadisənin səbəblərini araşdırır.