Kaliforniyada güclü küləklər səbəbindən ştatın qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib.
APA “voiceamerica”ya istinadla bildirir ki, təbiət hadisəsi minlərlə sakini elektriksiz qoyub.
Sürətlə hərəkət edən isti və sərt küləklər yanğınların da geniş ərazilərə yayılmasına səbəb olub. Ştatın şimalında müşahidə olunan meşə yanğınlarının daha da genişlənəcəyi ehtimal edilir.
Hazırda Sonoma regionunda 9,591 hektarlıq əraziyə yayılan yanğın infrastruktura ciddi ziyan vurub.
Küləyin bazar ertəsinədək davam edəəcyi gözlənilir.
Qeyd edək ki, yanğının söndürülməsinə 1300-ə yaxın yanğınsöndürən cəlb edilsə də, alovun qarşısı almaq hələlik mümkün olmur.