Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.
S. Lavrov və H. Kissincer Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan başqa, görüş zamanı beynəlxalq aləmdə olan aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.