Bank Of Baku

Peruda avtobusun 100 metrlik dərəyə düşməsi nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb - YENİLƏNİB

Peruda avtobusun 100 metrlik dərəyə düşməsi nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb - YENİLƏNİB
# 02 oktyabr 2019 06:35 (UTC +04:00)

Perunun c’nubunda ba. vermiş avtobus qəzası zamanı ölənlərin sayı 23 nəfərə çatıb, daha 30 nəfər də xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl 10 nəfərin öldüyü deyilirdi.

Yaralılar xəstəxanalara yerləşdirilib.

***

Saat 02:35

Perunun cənubunda baş vermiş yol qəzasında 10 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Peruda sərnişin və yük daşınması nəqliyyatına nəzarət xidməti bildirib.

Məlumata görə, avtobus 100 metr yüksəklikdən uçuruma düşüb. Faciə Kusko bölgəsinin bir hissəsi olan Kispikançi əyalətində baş verib.

Polis və xilasedicilər hadisə yerinə cəlb olunub və hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR