ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin məhv edilməsinə dair görüntülərin nümayiş etdirilməsini istisna etməyib.
APA-nın "usatoday.com"a istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ağ Evdə İŞİD liderinin məhv edilməsinə dair görüntülərin nümayiş etdirilməsinin mümkünlüyü nəzərdən keçirilir.
D. Tramp qeyd edib ki, İŞİD liderinin məhv edilməsinə dair görüntülər yayımlana bilər.
Xatırladaq ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.