ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin İranla bağlı müzakirədə arqument tapa bilmədiyini iddia edib.
Tramp bu barədə "Newsmax"a müsahibəsində danışıb.
“İran məsələsində məni tənqid edirdi. Mən soruşdum: "Siz İranın nüvə silahına sahib olmasını istəyirsiniz?" O, yox dedi. Mən də dedim: "Deməli, mən haqlıyam". Bunun qarşılığında heç bir cavabı olmadı”, – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ, Avropa və Yaxın Şərq ölkələri İranın nüvə silahı əldə etməsinə imkan verməməlidir və bu əməliyyatın daha əvvəl həyata keçirilməli olduğunu düşünür.