Bank Of Baku

Tramp Putinin G20 sammitinə dəvət edilməsi məsələsini hələ nəzərdən keçirməyib

Tramp Putinin G20 sammitinə dəvət edilməsi məsələsini hələ nəzərdən keçirməyib
# 04 sentyabr 2026 00:22 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-də keçiriləcək G20 sammitinə dəvət edilməsi məsələsini hələ nəzərdən keçirmədiyini bildirib.

Tramp bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.

“Mən hələ bu barədə düşünməmişəm”, – ABŞ Prezidenti deyib.

“The Washington Post” daha əvvəl Dövlət Departamentindəki mənbələrə istinadən Trampın Putini G20 sammitinə dəvət etmək niyyətində olduğunu yazmışdı.

G20 liderlərinin sammitinin dekabrın 14-15-də Mayami yaxınlığındakı Doralda keçirilməsi nəzərdə tutulur.

Tramp bundan əvvəl jurnalistlərlə söhbətində Rusiya liderinin G20 sammitində mümkün iştirakının çox faydalı olacağını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR