ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə edildiyinə inanır.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz Rusiya ilə Ukrayna arasındakı münaqişənin üzərində işləyirik. Düşünürəm ki, irəliləyiş əldə edirik. Səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, ən asan müharibələrdən biri ola bilər, amma ən çətini oldu. Amma irəliləyiş əldə edilib", - Tramp deyib.
Ölkə başçısı hansı irəliləyişdən danışdığını deməyib.