Bank Of Baku

Venesuelanın hökumət və müxalifət nümayəndələri gələn həftə yenidən görüşəcəklər

Venesuelanın hökumət və müxalifət nümayəndələri gələn həftə yenidən görüşəcəklər
# 07 iyun 2019 11:50 (UTC +04:00)

Venesuela hökuməti və müxalifət nümayəndələri arasında danışıqların növbəti mərhələsi gələn həftə Osloda keçiriləcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası üzrə departamentin rəhbəri Aleksandr Şetinin jurnalistlərin sualına cavab verərkən deyib.

“Bu sual əslində norveçli vasitəçilərdən soruşulmalıdır, ancaq bildiyimiz qədərilə görüş gələn həftə keçiriləcək. Dəqiq bilirik ki, hər iki tərəfədən bu görüşün keçirilməsi üçün istək var”,- deyə rusiyalı diplomat əlavə edib.  
Qeyd edək ki, mayın sonlarında Osloda danışıqların ilkin mərhələsi keçirilsə də tərəflər arasında heç bir razılığa gəlinməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR