Bank Of Baku

«Twitter» Rusiyanın RT və “Sputnik” informasiya vasitələrinin reklamlarına qadağa qoyub

«Twitter» Rusiyanın RT və “Sputnik” informasiya vasitələrinin reklamlarına qadağa qoyub
# 26 oktyabr 2017 18:35 (UTC +04:00)

ABŞ-ın «Twitter» sosial şəbəkəsi Rusiyanın RT kanalı və “Sputnik” agentliyinin hesablarının reklamlarına qadağa qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin bəyanatında deyilir.  

 

“Qərar qeyd olunan KİV-lərin ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı apardığımız işin yekunlarına əsaslanıb”, - deyə şirkətin bəyanatında bildirilir.    

 

Şirkət bu addımın istifadəçilərin müdafiəsinə yönəldiyini qeyd edib.

 

“Bununla belə, RT və “Sputnik” sosial şəbəkənin istifadəçisi qala bilərlər”, - deyə məlumatda bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR