Bank Of Baku

Bayden: “ABŞ Güləni müdafiə etmək niyyətində deyil”

 Bayden: “ABŞ Güləni müdafiə etmək niyyətində deyil”
# 24 avqust 2016 21:58 (UTC +04:00)

Bakı-APA. ABŞ Güləni müdafiə etmək niyyətində deyil,  hazırda hüquqşünaslar onun ekstradisiyası ilə bağlı sorğuya əsasən materiallar toplayır.

 

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  keçirdiyi mətbuat konfransında bildirib.

 

“Mənimlə birgə Türkiyəyə mütəxəssislər gəlib. Hazırda bu məsələ ilə əlaqədar dəlil-sübutlar toplanılır. ABŞ-da ekstradisiya ilə bağlı qərarı prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər. ABŞ-ın Güləni müdafiə etmək üçün heç bir səbəbi və belə bir niyyəti yoxdur”, deyə C.Bayden bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR