Bakı-APA. ABŞ xüsusi xidmət orqanları 2003-cü ildə “Əl-Qaidə” terror təşkilatının üzvlərinin Vaşinqtonda atom partlayışı törətmək planını ən real ssenarilərdən biri sayıb.
APA-nın məlumatına görə, bu barədə “Daily Beast” nəşri məlumat yayıb.
Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları atom bombasının tətbiq ediləcəyi mümkün yeri də müəyyənləşdiriblər. Energetika Nazirliyi isə xüsusi qurğularla ABŞ-ın böyük şəhərlərində radioaktiv şüalanma səviyyəsini ölçüb.