Bank Of Baku

ABŞ-da 35 avtomobil toqquşub, 15 nəfər xəsarət alıb

ABŞ-da 35 avtomobil toqquşub, 15 nəfər xəsarət alıb
# 09 yanvar 2018 01:53 (UTC +04:00)

ABŞ-ın Corciya ştatında avtomagistralda 35 avtomobil toqquşub.

 

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.

 

Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onların həyatına təhlükə olmadığı bildirilir.

 

Qəzaya səbəb kimi buz bağlayan yolun sürüşkən olması göstərilir. Son günlər ABŞ-ın bir sıra ərazilərində rekord dərəcədə aşağı temperatur qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR