Bank Of Baku

ABŞ-da britaniyalıları daşıyan helikopteri qəzaya uğrayıb

ABŞ-da britaniyalıları daşıyan helikopteri qəzaya uğrayıb
# 12 fevral 2018 01:35 (UTC +04:00)

ABŞ-da göyərtəsində britaniyalıların olduğu turist helikopteri qəzaya uğrayıb. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, insident "Qrand Kanyon" turizm sahəsinin yaxınlığında baş verib. 

 

İnsident yerli vaxtla ötən gün 17.20-də baş verib. Məlumata görə, "Eurocopter EC130" tipli birmühərrikli helikopterin göyərtəsində azı 7 nəfər olub. 

 

Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kritik olduğu bildirilir. 

 

Qəzanın səbəbləri müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR