Bank Of Baku

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb - <span style="color: red;">YENİLƏNİB
# 04 iyun 2016 03:10 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında daşqın qurbanlarının sayı 16 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Fort-Hud hərbi bazası yaxınlığında ABŞ ordusuna məxsus yük maşınını sel aparması nəticəsində itkin düşən daha 4 hərbi qulluqçunun meyiti aşkarlanıb.

 

Fort-Hud hərbi bazasının rəis müavini Con Uberti məlumatı təsdiqləyib.

 

Bundan əvvəl 5 hərbçinin öldüyü, 3-ün itkin düşdüyü bildirilirdi.

 

Beləliklə, son həftə ərzində Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb.

 

***

 

02:17

 

Bakı-APA. ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Fort-Hud hərbi bazası yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus yük maşınını sel aparıb.

 

Hərbçilərdən 5-i ölüb, 3-ü isə itkin düşmüş hesab edilir.

 

Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Daşqınlar nəticəsində Kanzas və Oklahoma ştatların müxtəlif bölgələri elektrik enerjisiz qalıb. Texas ştatının bir sıra yaşayış məntəqələrində  daşqınlara görə evakuasiya elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR