ABŞ-ın Nyubern şəhərində (Tennessi ştatı) gecə klubunda atışma baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yeni il gecəsi qeydə alınan insident nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb, digər ikisi axtarışdadır.
Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.