Bakı-APA. ABŞ-ın Texas ştatında hərbi maşın çaya düşüb, nəticədə 3 hərbçi ölüb, 6-sı itkin düşüb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident “Oul Krik” hərbi poliqonunun yaxınlığında baş verib. Maşın körpüdən keçərkən çaya düşüb.
Üç hərbçini xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.