Bank Of Baku

ABŞ-da polis əməkdaşlarını atəşə tutan şəxs öldürülüb - YENİLƏNİB

ABŞ-da polis əməkdaşlarını atəşə tutan şəxs öldürülüb  - <span style="color: red;">YENİLƏNİB
# 05 noyabr 2017 00:25 (UTC +04:00)

ABŞ-da mağazaya basqın edərək 10 saat ərzində polisi atəşə tutan naməlum silahlı şəxs məhv etdirilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis danışıqlar zamanı bir neçə dəfə cinayətkarı  təslim olmağa çağırmışdı.    

 

**** 22.15

 

ABŞ-ın Montana ştatının Billinqs şəhərində mağazaya basqın edən silahlı şəxs hadisə yerinə gələn polis əməkdaşlarını atəşə tutub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, naməlum kişi avtomobilini mağazanın divarına çırparaq içərisinə daxil olub və çağırışla hadisə yerinə cəlb olunan polis naryadına atəş açıb. Onun polis əməkdaşlarına işıq-səs qumbarası atdığı bildirilir.  

 

Məlumata görə, bundan əvvəl həmin şəxs digər mağazadan silah oğurlamağa cəhd edib, lakin mühafizəçilər tərəfindən obyektdən kənarlaşdırılıb.  

 

Polis əməkdaşları hazırda binanı mühasirəyə alaraq, cinayətkarla danışıqlar aparmağa cəhd edirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR