Bakı-APA. ABŞ-ın Yuta ştatında sərnişin qatarı relsdən çıxıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Onlardan 2-in vəziyyəti ağır kimi qiymətləndirilir. Qatarlarının hərəkəti xətdə müvəqqəti olaraq dayandırılıb.
Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.