Bank Of Baku

ABŞ-da qatarla avtomobil toqquşub, 4 uşaq ölüb

ABŞ-da qatarla avtomobil toqquşub, 4 uşaq ölüb
# 27 iyun 2016 09:46 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Kolorado ştatında sərnişin qatarı avtomobillə toqquşub.

 

APA-nın “NBC News”-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 5 nəfər ölüb. Onlardan 4-ü uşaqdır. Avtomobildə olan bir nəfər sağ qalıb.

 

İlkin versiyaya əsasən, avtomobilin sürücüsü dəmiryol xəttini keçməyə çatdıra bilməyib və qəza baş verib.

 

Çikaqodan Los-Anceles istiqamətində hərəkət edən qatarda olan 280 sərnişindən heç biri xəsarət almayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR