Bank Of Baku

ABŞ-da Rza Zərrabın ilk məhkəmə iclası keçirilib

ABŞ-da Rza Zərrabın ilk məhkəmə iclası keçirilib
# 27 aprel 2016 19:19 (UTC +04:00)

Bakı-APA. ABŞ-da saxlanılmış İran əsilli iş adamı Rıza Zərrabın ilk məhkəmə iclası keçirilib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, Rıza Zərrab məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.

 

İkinci iclasın iyunun 16-da keçirilməsi planlaşdırılır.

 

Rza Zərrab martın 19-da  ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.

 

O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.

 

Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan  rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR