ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) bildirib.
Məlumata görə, FTB insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını qeyd edib.
Milli Təhlükəsizlik Agentliyinin məlumatına görə, Agentliyin Fort Mid şəhərindəki (Merilend ştatı) ərazisinə icazəsiz olaraq avtomobil girməyə cəhd edib. Agentlikdən ərazisində atışmanın baş verdiyini təsdiqləsə də, insidentin təfərrüatları barədə hələ ki, açıqlama yaymayıb.
Bundan əvvəl ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma olduğu, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilirdi.
***
17:43
ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib.
APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Bir nəfər saxlanılıb.